“Azərbaycana forma yığmaq üçün getmişdim” - MÜSAHİBƏ
05.12.2012 - 17:22
Rusiyalı həmkarlarımız “İnter” və “Simurq”un sabiq hücumçusu Robertas Poşkusdan geniş müsahibə götürüb. Apasport.az saytının məlumatına görə, hazırda “Sibir”in şərəfini qoruyan litvalı forvard müsahibəsinin ilk hissəsində ölkəmizdəki çıxışı, Litva yığmasındakı oyunları və qazandığı medallar haqda danışıb. Bu üzdən bizə maraqlı olan ilk hissəni ixtisarla sizə təqdim edirik.
- Azərbaycana getməzdən öncə çox fikirləşmişdiniz?
- Əlbəttə, uzun müddət bu haqda düşünmüşdüm. Çünki bu ölkə haqda heç nə bilmirdim... Nəticədə orda keçirdiyim ilk il çətin keçdi. Ancaq onların həyatına öyrəşdikdən sonra hər şey mənim üçün asan oldu.
- Ora getməklə Rusiyaya qayıtmaq şansların demək olar yox idi...
- Hə, Azərbaycandan nəinki Rusiyaya, başqa yüksək səviyyəli çempionatlara da getmək çətindir. Çünki bu birinciliyi heç kim izləmir. Ancaq mənə zədədən sonra forma yığmaq lazım idi. Məhz bu üzdən ora yollanmışdım. Təbii ki, Rusiyaya qayıtmaq fikrini qoruyub saxlamaq şərtilə.
- Azərbaycan mətbuatına inansaq, siz yerli oyunçuları “tənbəl” adlandırdığınız üçün tez-tez onlarla dalaşırmışsız. Onlarla yola gedə bilməməyiniz nə ilə bağlı idi?
- Cənub insanları tənbəllik etməyi çox sevir. Əgər dalaşmasan, üstlərinə qışqırmasan, onlar tez boşalır. Azərbaycan futbolçularının xarakteri zəifdi.
- Bakıdan hansı təəssüratlarınız qalıb?
- Yenilənən şəhərdir. Orda olduğum üç il ərzində Bakı çox dəyişildi. Olurdu ki, yol gedərkən hansısa yerdə boşluq görürdün, ancaq cəmi iki həftə sonra həmin yerdə nəsə tikilirdi. Gözəl, sakit bir şəhərdir. Orda heç bir banditizm yoxdur, hər şey qaydasındadır.
- “Sibir”ə gəldikdən sonra müsahibələrinizdən birində demişdiz ki, mümkündür ki, yenidən ora qayıdasız. Bu doğrudan belədir?
- Kim bilir, karyeram necə davam edəcək? Ola bilər ki, ora qayıdım. Ancaq mən Rusiyada oynamağa üstünlük verirəm.
- Bakıya getmək qərarınızı başa düşmək olar. Ancaq Zaqatalaya getmək üçün hansı səbəbiniz vardı?
- Sergey Nikolayeviç Yuran bu klubu çalışdırırdı və komandanı sıfırdan yığırdı. Əgər o, məşqçi olmasaydı, onların təklifini həyatda qəbul etməzdim. Yuran haqda çox şey bilirdim və onunla tanış olmaq, onun rəhbərliyi altında oynamaq çox maraqlı gəlirdi. Mənim üçün ilk növbədə futboldur. Şəhərin böyüklüyü və ya kiçikliyi isə o qədər vacib deyil. Özü də ki bizim şəhər Tbilisinin yaxınlığında – 50 kilometrliyində yerləşirdi.
- Zaqatala şəhərinin tutumu 20 mindir. Bunu bilirdizmi?
- Bəli. Orda futbolu sevirlər. Mənim Azərbaycanda çox yaxşı dostlarım qalıb. Olurdu ki, restorana gedirsən, sənin yerinə hesabı verməyə çalışırdılar və ya səni evlərinə çağırırdılar. Ora çox qonaqpərvər rayondur.
- Bu payız “Spartak”la MOİK-in veteranları arasında baş tutan matçda Yuran gözəl qola imza atdı. Həmin oyuna baxmışdın?
- Hə. Bundan öncə Yuran bizimlə birgə məşq etmişdi. Deyərdim ki, o məşqlərdə çoxlarından yaxşı təsir bağışladı. Yaxşı hazırlığın nəticəsi isə göz qabağındadır. Gözəl qol vurdu.
- Neçə yaşa kimi oynamağı planlaşdırırsız?
- Allah nə qədər imkan verərsə. Nə qədər özümü hazır saysam, o qədər də oynayacam.

0
0