“Neftçi” Milana çatdı
05.12.2012 - 17:33
Avropa Liqasının qrup mərhələsinin son oyununda “İnter”in qonağı olacaq “Neftçi” bu gün İtaliyaya yollanıb. Apasport.az saytının Milana ezam olunmuş əməkdaşının məlumatına görə, çarter reysilə səfərə çıxan komandamız 5 saatlıq yol qət edəndən sonra yerli vaxtla saat 13:00-da (Bakı vaxtilə saat 16:00-da) İtaliyaya çatıb.
Buradan avtobusla 1 saatlıq yol qət edən təmsilçimiz beş ulduzlu “Ramada” otelində məskunlaşıb. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun başçılıq etdiyi nümayəndə heyətində azərbaycanlı jurnalistlərlə yanaşı, milli komandamızın məşqçisi Nazim Süleymanov da var.
47 yaşlı çalışdırıcı komandanın turnirdə əvvəlki səfər matçlarında olduğu kimi, tək qoymayaraq, milliyə namizəd futbolçuları izləyəcək.
Süleymanov Bakıya qayıdandan sonra hazırda seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edən yığmamızın almaniyalı baş məşqçisi Berti Foqtsa lazımı məlumatları çatdıracaq.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu sabah yerli vaxtla saat 21:05-də (Bakı vaxtilə saat 00:05-də) başlayacaq.
Mehman SÜLEYMANOV
Milan

0
0