Kamal Bayramovun cəzası yüngülləşdirildi
05.12.2012 - 17:38
Bu gün AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Xəzər Lənkəran”ın müraciətinə baxılıb.
Müzakirələrdən sonra “ağ-yaşıllar”ın qapıçısı Kamal Bayramov barədə qərar qismən dəyişdirilib. Qolkiper intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində Kamal hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

0
0