Yığmamızın rəqibi: Püşkdən razıyam
05.12.2012 - 17:41
“Püşkün nəticəsindən razıyam. 3-cü səbətdən Qazaxıstanla qarşılaşmamağımızı istəyirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Slovakiya milli komandasının kapitanı Ladislav Mikita deyib.
O, Avro-2014-ün püşkatmasının nəticələrini dəyərləndirərək, Azərbaycan, Bosniya və Herseqovina, həmçinin təsnifat mərhələsinin qaliblərindən biri ilə eyni qrupa düşməyə qiymət verib: “Azərbaycan, Bosniya və Herseqovina kimi yığmalarla bağlı çox danışmaq olar. Lakin mən komanda yoldaşlarıma inanıram. Əminəm ki, Avro-2014-ün Belçikadakı final mərhələsinə çıxmaq üçün onlar da mənim kimi hər şey edəcəklər”.

0
0