Hacıyev, Mitreski, Quliyev
05.12.2012 - 17:50
Bu gün “Neftçi” Avroliqanın qrup mərhələsinin son turunda üzləşəcəyi “İnter”lə səfər matçına hazırlığı başa vuracaq. Apasport.az saytının Milana ezam olunmuş əməkdaşının məlumatına görə, təmsilçimiz yerli vaxtla saat 19:00-da (Bakı vaxtilə saat 22:00-da) rəqibi ilə üzləşcəəyi “Cüzeppe Meatsa” stadionunda açıq məşqə çıxacaq.
“İnter”lə dekabrın 6-da keçirəcəyi oyuna hazırlığa hələ Bakıda başlayan paytaxt klubu Milanda yeganə məşqlə bunu yekunlaşdıracaq.
Məşqdən 30 dəqiqə öncə isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev həmin arenada mətbuat konfransı olacaq. Burada iştirak edəcək futbolçular da müəyyənləşib.
Belə ki, ənənəvi olaraq 1 yerli, 1 əcnəbi futbolçunun olacağı mətbuat konfransında Tərlan Quliyevlə makedoniyalı İqor Mitreski iştirak edəcək.
Onlar müdafiənin mərkəzində duet təşkil edirlər. Quliyev “Partizan”la səfər, Mitreski “Rubin”lə ev oyunu öncəsi jurnalistlər qarşısına çıxaraq, onların suallarını cavablandırıb.
Qeyd edək ki, “İnter”in baş məşqçisi Andrea Stramaççoni bu gün səhər saatlarında mətbuat konfransı keçirib və komandanı məşqə çıxarıb.
Mehman SÜLEYMANOV
MİLAN

0
0