Berti Foqts Lənkəranda
05.12.2012 - 18:01
Berti Foqts Lənkəranda
Milli komandanın baş məşqçisi Berti Foqts sabah Lənkərana gedəcək. Apasport.az saytının məlumatına görə, o, Topaz Premyer Liqasının VI turundan təxirə salınmış “Xəzər Lənkəran” – “Bakı” oyununu izləyəcək.

Qeyd edək ki, Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək qarşılaşma sabah saat 16:00-da başlayacaq.