“Moskva”nın sabiq müdafiəçisi “Xəzər Lənkəran”la oyundan danışdı
05.12.2012 - 18:09
“Son iki oyundan sonra futbolçuların əhval-ruhiyyəsi çox yaxşıdır. Hazırda bütün komanda var gücüylə qarşıdakı “Xəzər Lənkaran”la oyuna hazırlaşır və bütün diqqəti bu qarşılaşmayayönəldib”. Apasport.az saytının məlumatına görə, “Simurq”un bosniyalı müdafiəçisi Dilavər Zrnanoviç “Xəzər Lənkəran”la oyun öncəsi klubun rəsmi saytına açıqlama verib.
“Moskva”nın sabiq futbolçusu zaqatalalı futbolsevərləri bu qarşılaşmada komandaya dəstək olmağa çağırıb: “Azarkeş köməkliyi ilə bu matçda da rəqibi məğlub etmək istəyirik. Bunun üçün bizə tam doldurulmuş tribunaların dəstəyi lazımdır. Bu oyunda zaqatalalı azərkeşlər bizim 12-ci oyunçumuz olacaq”.
Qeyd edək ki, “Simurq” – “Xəzər Lənkəran” oyunu dekabrın 10-da keçiriləcək.

0
0