“Azərbaycan yığması çox güclü rəqibdir”
05.12.2012 - 18:15
“Püşkün nəticələrini yaxşı adlandırmaq olmaz. İlk növbədə ona görə ki, Azərbaycan yığması ilə eyni qrupa düşmüşük”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Slovakiya milli komandasının baş məşqçisi Yan Yanik deyib.
Mütəxəssis Avro-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirərək Azərbaycan yığması ilə eyni qrupa düşməyi mənfi hal sayıb: “Milliləşən braziliyalılara malik Azərbaycan yığması çox güclü rəqibdir. Bosniya və Herseqovina isə 3-cü səbətin ən güclüsüdür. Düzdür, təsnifat mərhələsində potensial rəqibimiz olan komandalar nisbətən zəifdir. Lakin Slovakiya futzalının iddiası final mərhələsinə çıxmağımızı tələb edir. Lakin İspaniya, Portuqaliya və Rusiya kimi yığmalarla düşməməyimiz üçün sevinirəm”.

0
0