“İnter”in hücumçusu “Neftçi”dən danışmağı lazım bilmədi
05.12.2012 - 18:22
İtaliyanın “İnter” klubunun futbolçusu Marko Livaya Avropa Liqasının “Neftçi” ilə sabah keçiriləcək oyunu ərəfəsində baş tutan mətbuat konfransına qatılıb. Apasport.az saytının məlumatına görə, gənc hücumçu Azərbaycan çempionu ilə matça həsr olunan tədbirdə təmsilçimizin adını belə çəkməyib. Livaya “Neftçi”dən önəmli saydığı mövzuya toxunub: “Kim deyir ki, bu mənim “İnter”dəki son oyunlarımdan biridir. Mən Milan təmsilçisinin üzvüyəm və yalnız komandam haqda düşünürəm. Başqa kluba keçməyimə gəlincə isə nə olacağına “transfer pəncərəsi” açılanda baxarıq”.
0
0