“İnter” “Neftçi” ilə oyuna ikinci heyətlə çıxacaq
05.12.2012 - 19:30
“İnter” “Neftçi” ilə oyuna ikinci heyətlə çıxacaq
Avropa Liqasının qrup mərhələsinin son oyununda “Neftçi” ilə qarşılaşacaq “İnter” bu matçda gənclərə güvənəcək. Apasport.az saytının İtaliya mətbuatına istinadən xəbərinə görə, Azərbaycan çempionu ilə oyunun hazırlıqlarında Milan təmsilçisinin əsas komandasının üzvü olmayan 7 futbolçu da qatılıb.

Bunlar adları iştirak ərizəsinin B vərəqində göstərilən oyunçulardır. Belə ki, italiyalılar üçün formal xarakter daşıyan qarşılaşma 17-18 yaşlılar üçün ciddi sınaq ola bilər.

Bunlardan 6-sı 18 yaşlılar - müdafiəçilər Andrea Bandini və Marko Ferrara, hücumçular Nikolo Belloni, Luka Qarritano, Covanni Terrani, yarımmüdafiəçi Simone Pasadır. Gənc müdafiəçi 17 yaşlı İsaak Donkor da təmsilçimizə qarşı oynamaq şansı qazanıb.