8 pərdəli tamaşa start götürür
06.12.2012 - 00:00
Bu gün sayca 9-cu klublararası dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 illik fasilədən sonra Yaponiyaya qayıdan mundialda 7 komanda mübarizə aparacaq. Meydan sahibləri ilə 6 konfederasiyanın ən yaxşısı 8 matçda planetin ən güclüsünü müəyyənləşdirəcək.
Ənənəyə uyğun olaraq, UEFA Çempionlar Liqasının qalibi “Çelsi” (İngiltərə) və Libertadores Kubokunun qalibi “Korintians”dır (Braziliya) mübarizəyə birbaşa yarımfinaldan başlayacaq. CONCACAF Çempionlar Liqasının qalibi “Monterrey” (Meksika), bu mükafatı Afrikadan qazanan Misirin “Əl Əhli” klubu, həmçinin Asiyanın ən yaxşısı olan Cənubi Koreya təmsilçisi “Ulsan Hyunday” 1/4 finalda yarışa qatılacaq. İlkin mərhələdə isə Okeaniya Çempionlar Liqasının qalibi “Oklend Siti” (Yeni Zelandiya) ilə Yaponiya çempionu “Sanfreççe Hirosima” oynayacaq.
Qeyd edək ki, ilk 3 çempionatda cənubi amerikalılar qalib olsa da, 2007-ci ildən başlayaraq avropalılar hegemonluq edir. 2000-ci ildə “Korintians”, 2005-də “San Paulo”, 2006-da “İnter” dünya kubokunu Braziliyaya aparıb. 2007-ci ildə “Milan” (İtaliya), 2008-ci ildə “Mançester Yunayted” (İngiltərə), 2009-cu və 2011-vi illərdə “Barselona” (İspaniya), 2010-cu ildə isə “İnter” (İtaliya) dünya çempionu olub.
İlkin mərhələ
6 dekabr
1. Yokoqama. “Sanfreççe Hiroşima” (Yaponiya) – “Oklend Siti” (Yeni Zelandiya)
¼ final
9 dekabr
2. Toyota. “Ulsan Hyunday” (Cənubi Koreya) – “Monterrey” (Meksika)
3. Toyota. 1-ci oyunun qalibi – “Əl Əhli” (Misir)
5-ci yer uğrunda
12 dekabr
4. Toyota. 2-ci oyunda uduzan – 3-cü oyunda uduzan
Yarımfinal
12 dekabr
5. Toyota. 3-cü oyunun qalibi – “Korintians” (Braziliya)
13 dekabr
6. Yokoqama. 2-ci oyunun qalibi – “Çelsi” (İngiltərə)
3-cü yer uğrunda
16 dekabr
7. Yokoqama. 5-cü oyunda uduzan – 6-cı oyunda uduzan
Final
16 dekabr
8. Yokoqama. 5-ci oyunun qalibi – 6-cı oyunun qalibi

0
0