Hamısı ilə ikinci dəfə
06.12.2012 - 00:01
Hamısı ilə ikinci dəfə
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2014-ün seçmə mərhələsində qarşılaşacağı rəqiblərin hamısı ilə əvvəllər də görüşüb. Apasport.az saytının məlumatına görə, İsveçdə meydan sahibləri İrlandiya, Bosniya və Herseqovina ilə görüşəcək millimiz onların hərəsini 1 dəfə sınağa çəkib.

1997-ci ildə Vaqif Sadıqovun rəhbərlik etdiyi yığma İrlandiya ilə məhsuldar keçən qarşılaşma da ada təmsilçisi qalib gəlmişdi – 2:4. Digər 2 yığma isə millimiz üçün münasib sayılır. 12 il əvvəl Şahin Diniyevin yetirmələri Bosniya və Herseqovinanı xalsız qoymuşdu – 2:1. Vəli Qasımovun baş məşqçisi olduğu komanda isə ötən il İsveçdə meydan sahiblərini minimal hesabla məğlub etmişdi – 1:0.