Halk “Zenit”dən getmək istəyir
05.12.2012 - 20:35
Halk “Zenit”dən getmək istəyir
“Zenit”ə Aksel Vitsel ilə birlikdə bu ilin sentyabr ayında 80 milyon avroya “Portu”dan transfer edilən Halk, rus klubundan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, ötən tur Çempionlar Liqasının “Milan”la qarşılaşmasında oyun 80-ci dəqiqəsində komanda yoldaşı ilə əvəzlənən braziliyalı futbolçu, Peterburq təmsilçisinin baş məşqçisi Luçano Spallettiyə narazılığını bildirmişdir.

Matçdan sonra Halk, italiyalı mütəxəssislə aralarındakı olan insident yaxın günlərə qədər aralarından qaldırılmasa, onda yanvarda komandanı tərk edəcəyini açıqlayıb.

“Mən ailəmlə burada xoşbəxtəm. Ancaq bu məsələyə aydınlıq gəlməsə Peterburqdan uzaqlaşacağam” deyə, Halk, bildirib.