Luka Modriç: Bu il kubok bizimdir
05.12.2012 - 22:57
Luka Modriç: Bu il kubok bizimdir
Çempionlar Liqasının D qrupunda dünən keçirilən “Real”-“Ayaks” oyunundan sonra Luka Modriç maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlində “Kral klubu”na “Tottenhem”dən transfer olunan xorvatiyalı futbolçu, bu turnirin favoritləri olduqlarını bildirib:

“18 finalda hansı komanda ilə düşsək, çox çətin bir mübarizəyə yaşanacaq. Amma biz meydanda istədiyimiz kimi mübarizə apara bildiyimiz üçün, matçın favoriti sayılırıq. Mənə əminəm ki, bu il Çempionlar Liqasının qalibi Madrid klubu olacaq”.

Qeyd edək ki, Modriç “Real”ın heyətində meydana çıxdığı 18 oyundan, yalnız 1 dəfə rəqib qapılarını dəqiq nişan alıb.