Tərlan Quliyev: Onda həyəcan vardı...
06.12.2012 - 00:13
Tərlan Quliyev: Onda həyəcan vardı...
“Partizan”la oyunda “Neftçi”nin əsas heyətində beynəlxalq miqyasda debüt etdim. Yığmalarda belə matçlarda oynamışam. Ancaq “Neftçi”də ilk dəfə idi”. Apasport.az saytının Milana ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Tərlan Quliyev deyib.

Avroliqanın qrup mərhələsinin son turunda “İnter”lə İtaliyadakı oyun öncəsi mətbuat konfransında iştirak edən gənc müdafiəçi özünü çətin sınağa hazır sayır: “Onda məndə həyəcan vardı, səhvlər çox idi. Bundan sonra çox oyunlarda meydana çıxdım və o qədər də həyəcan yoxdur. Rəqib güclü ola bilər. Çalışıram ki, bunu özündə boğum. Əlbəttə, yanımda İqor Mitreski kimi təcrübəli müdafiəçinin olmağının mənə çox köməyi dəyir”.

Mehman SÜLEYMANOV
Milan