İqor Mitreski: “Neftçi” Milanda da müdafiə futbolu oynamayacaq
06.12.2012 - 00:24
İqor Mitreski: “Neftçi” Milanda da müdafiə futbolu oynamayacaq
Avrokuboklarda oynamaq asan deyil. Bizdə 7-8 futbolçu var ki, gəncdirlər, klubun öz yetirmələridir. Bu, çox müsbətdir”. Apasport.az saytının Milana ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Neftçi”nin makedoniyalı futbolçusu İqor Mitreski Avroliqanın qrup mərhələsində “İnter”lə matç öncəsi keçirilən mətbuat konfransında deyib.

Təcrübəli müdafiəçi İtaliyadakı oyuna hazır olaraq, rəqibdən çəkinmədiklərini, bütünlüklə müdafiə olunmayacaqlarını bildirib: “Neftçi” Azərbaycan futbolunda avrokuboklarda qrupa düşən ilk komanda oldu. Bu, asan məsə deyil. Milanda belə stadionda oynamaq böyük təcrübədir, Mən qrupda topladığımız 2 xaldan razıyam. Rəqiblərimiz hər il nəinki Avroliqada, Çempionlar Liqasında qrupda oynayır. “İnter” dünyanın aparıcı klublarındadır. Ancaq bizim azarkeşlərimiz, Azərbaycan xalqı üçün layiqli oynamağımız lazımdır. Mən ümid edirəm ki, futbolçular məsuliyyəti, asan oyun olmayacağını dərk edir. Hərə baş məşqçinin tapşırıqlarını yerinə yetirsə, yaxşı oynayacağıq. “Neftçi” heç vaxt müdafiə oynamayıb, Milanda da müdafiə futbolu oynamayacaq. Necə alıcanağına sonra baxarıq”.

Mitreskinin fikrincə, digər komandalarımıza yaxın gələcəkdə qrupa düşmək çətin olacaq: “Qrupa düşmək çox çətindir. Biz buna nail olmaqla böyük addım atdıq. Bu, gördüyümüz böyük işlərin, klub rəhbərliyinin zəhmətinin nəticəsidir. Azərbaycanda “Neftçi”dən başqa elə bir komanda görmürəm ki, 3-5 ilə qrupa düşsün”.

Mehman SÜLEYMANOV
MİLAN