“Neftçi” “Cüzeppe Meatsa”da məşq etdi
06.12.2012 - 01:16
“Neftçi” Avroliqanın qrup mərhələsində “İnter”lə səfər oyununa hazırlığı başa vurub. Apasport.az saytının Milana ezam olunmuş əməkdaşının məlumatına görə, komandamız matçın keçiriləcəyi “Cüzeppe Meatsa” stadionunda məşqə çıxıb. Azərbaycandan gələn jurnalistlərin sona kimi izlədiyi məşq açıq olub və onu milli komamdamızın məşqçisi Nazim Süleymanov da izləyib.
Adəti üzrə isinmə hərəkətləri ilə məşqə başlayan futbolçular ardından ikitərəfli oyunda iştirak edib. 1 saatlıq məşq qapıya zərbələrlə yekunlaşıb.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu bu gün yerli vaxtla 21:05-də (Bakı vaxtilə saat 00:05-də) başlayacaq.
Mehman SÜLEYMANOV
MİLAN

0
0