“Kalyari” İtaliya kubokunun 18 finalında
06.12.2012 - 02:43
“Kalyari” İtaliya kubokunun 18 finalında
İtaliya kubokunda 1/16 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnir yalnız bir qarşılaşmadan ibarətdir. Sonuncu matç günündə “Kalyari” öz meydanında “Peskara” ilə münasibətlərinə aydınlıq gətirib.

Maraqlı keçən görüşdə ev sahibləri rəqibini böyük hesabla üstələyib – 4:2. “Kalyari”nin heyətində Ribeiro het-trik edib.

Qeyd edək ki, 18 final mərhələsində “Kalyari” “Yuventus”la qarşılaşacaq.

İtaliya kuboku, 1/16 final

“Kalyari” - “Peskara” - 4:2
Ribeiro, 6, 21, 61, Pinilla – Kasçione, 33 (pen)