Lyorente Premyer Liqa yolunda
06.12.2012 - 03:10
“Atletik Bilbao”nun hücumçusu Fernando Lyorenteyə ingilis klubları elçi düşüb. Apasport.az saytının məlumatına görə, hələ müqaviləsi mövsümün sonunda başa çatacaq ispan futbolçu ilə “Arsenal”, “Mançester Siti”, “Çelsi”, “Tottenhem” və Liverpul” yaxından maraqlanır.
İspaniya mətbuatı son illər sərgilədiyi oyunu ilə milli komandanın heyətinə qədər yüksələn Lyorenteni, qış transfer pəncərəsində sözügedən komandaların birinə keçəcəyini bildirib. Bask təmsilçisinin yeni təklifini rədd edən forvard, özü də legioner həyatı yaşamaq istədiyini vurğulayıb:
“Hazırda İspaniyadan ayrılacağam. Bu mənə verilən pulla bağlı deyil. Çünki “Atletik Bilbao”nun mənə etdiyi təklif, məni qane edir. Lakin mən oynadığım futbolu genişləndirmək və yeni macəralar axtarmaq fikrindəyəm” – deyə, Fernando, bildirib.
Qeyd edək ki, 27 yaşlı hücumçunu “Real” və “Yuventus”da transfer etməyi planlaşdırır.

0
0