Andrea Stramaççoni: Sneyderlə bağlı son qərarı mən verəcəm
06.12.2012 - 03:44
Avropa Liqasının qrup mərhələsinin son turunda Azərbaycan çempionu “Neftçi”ni qəbul edəcək “İnter”in baş məşqçisi Andrea Stramaççoni mətbuat konfransında Uesli Sneyderlə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı 10 turdur heyətindən çıxardığı hollandiyalı futbolçu haqda, mətbuatda çox danışıldığını bildirib:
“Mənə elə gəlir ki, bu söz-söhbətlərə son qoymağın vaxtıdır. Çünki Sneyderin məsələsində qərarların hamısı mənə aiddir. Mənim qərarlarımın sonu isə Ueslinin bu komandada qalıb qalmayacağına aydınlıq gələcək. Hazırda futbolçu komanda yoldaşları ilə birgə məşqlərini davam etdirir. Ümüd edirəm ki, artıq bununla bağlı suallara cavab vermək məcburiyyətində qalmayacam”
Qeyd edək ki, Uesli Sneyder sonuncu dəfə Milan klubunun heyətində sentyabrın 26-da meydana çıxıb.

0
0