“Barselona” Messini itirdi?
06.12.2012 - 04:50
“Barselona” Messini itirdi?
Çempionlar Liqasının G qrupunun sonuncu oyun günündə öz meydanında “Benfika”ilə qarşılaşan “Barselona”da Messi şoku yaşanıb. Apasport.az saytının məlumatına görə, qrupdan çıxmağı ötən turdan rəsmiləşdirən Katalon klubu, ən önəmli futbolçusu Lioneli elədə vacib olmayan oyunda meydana buraxıb. Lakin baş məşqçi Tito Vilyanovanın bu hərəkəti isə ona baha başa gəlib.

Belə ki, matçın ikinci hissəsində oyuna daxil olan argentinalı ulduz, qarşılaşmanın 86-cı dəqiqəsində epizodların birində dizindən zədələnərək yerə yıxılıb. Həkimlərin köməyi ilə Leo ambulansa mindirilərək xəstəxanaya aparılıb. Burada isə Messinin vəziyyətinin ciddi olduğu bildirilib.

Qeyd edək ki, Herd Müllerin rekordunu qırmaq istəyən Lionel Portuqaliya təmsilçisinə bir top vurmağı bacarsaydı, onda ən çox qol vuran futbolçu ünvanına sahib olacaqdır.