Anri 3-cü dəfə “Arsenal”da
06.12.2012 - 06:52
“Arsenal”ın əfsanəvi oyunçularından olan Tyeri Anri, yenidən London klubun gəldi. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu icarə əsasında 3-cü dəfə “topçular”ın heyətinə qatıldı. “Nyu Red Bulls”un 35 yaşlı hücumçusu yanvarın birindən etibarən “Arsenal”da top qovacaq.
Ötən mövsümdə də londonluların şərəfini qoruyan Anri, ilk oyununu “Lids”ə qarşı keçirib. “Arsenal”da icarə əsasında forvard, 7 matçda meydana çıxıb və 2 dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, Tyeri bu mövsüm “Nyu Red Bulls”un formasını 29 dəfə geyinib. O, bu matçlarda rəqib qapılarından 15 top keçirib.

0
0