Hər iki kuboku qazanacağıq
06.12.2012 - 07:31
Hər iki kuboku qazanacağıq
“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman, Münhenqladbax “Borussiya”sı ilə qarşılaşmadan öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, jurnalistlərin suallarını cavablandıran təcrübəli çalışdırıcı hər 2 kuboku qazanmaq istədiklərini vurğulayıb.

“Biz həm Türkiyə Superliqasına həm də Avropa liqasına sahib olmaq istəyirik. Lakin bu çox asan iş deyil. Amma “sarı-bülbüllər” hər iki cəbhədə mübarizə aparmaq gücünə malikdir. Hazır ki heyətimizdə 23 futbolçu var və buradan da rəqibin qarşısına ideal heyətlə çıxacağıq”

Qeyd edək ki, Avropa liqasının C qrupunda mübarizə aparan ”Fənərbaxça”, 5 oyundan 13 xal toplayıb.