Beş il daha London klubunda
06.12.2012 - 07:48
Beş il daha London klubunda
Çempionlar Liqasının növbəti mərhələsinə keçə bilməyən “Çelsi”, nigeriyalı futbolçusu Con Obi Mikellə yenidən müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi daha 5 il “zadəganlar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, 2006-cı ildə London klubuna gələn Mikel burada 261 dəfə meydana çıxıb. O, “Çelsi”də Federasiya kubokunu (4), Çempionlar Liqasını (1) və ölkə çempionluğunu (1) qazanıb.