Tarixdə ilk dəfə
06.12.2012 - 09:50
Tarixdə ilk dəfə
İngiltərənin “Çelsi” klubu Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, London təmsilçisi ötən mövsüm qazandığı titulu qrupda əldən verən ilk komanda olub. Onlar yarışın tarixində belə uğursuzluq yaşayan ilk klub adına yiyələniblər. 2011/12 mövsümündə Avropanın ən yaxşısı olan britaniyalılar “Şaxtyor”, “Yuventus” (İtaliya) və “Nordsşalland” (Danimarka) ilə qrupdan çıxa bilməyib.
Qeyd edək ki, Çempionlar Liqası 1992-ci ildən bu adı daşıyır. Həmin vaxta qədər olan Çempionlar kubokunda isə qrup mərhələsi olmurdu.