Kurban Berdıyev “Neftçi” ilə görüşmək istəmir
06.12.2012 - 10:47
Kurban Berdıyev “Neftçi” ilə görüşmək istəmir
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Rusiyanın “Rubin” klubunda MDB çempionatının keçirilməsi ideyası llə bağlı qəti fikrə gələ bilmir. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi rəsmi bəyanatla çempionatı dəstəklədiyini açıqlasa da, baş məşqçi Kurban Berdıyev fərqli fikirdədir.

Təcrübəli mütəxəssisin sözlərindən belə aydın olur ki, o, 2 dəfə məğlub etdiyi (1:0, 1:0) “Neftçi” ilə bir daha qarşılaşmağın əleyhinədir: “Kim deyib ki, biz MDB çempionatın dəstəkləyirik. Biz bu turnirin tərəfdarı deyilik”.