Mahmud Qurbanov “Kəpəz”i iki hissəyə parçaladı
06.12.2012 - 10:58
Bir günlük istirahətin ardından “Kəpəz” dünən “Qarabağ”la oyunun məşqlərinə başlayıb. Apasport.az saytının məlumatına görə, komanda üzvləri saat 14:00-da bazaya yığışıb.
Bundan 1 saat sonra isə baş məşqçi Mahmud Qurbanov futbolçuları meydana çıxarıb. Məşq prosesi təxminən 2 saata yaxın çəkib. Hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Ardından futbolçular meydan boyu qaçıb. Bundan sonra oyunçular şərti olaraq iki komandaya – “qırmızı” və “yaşıllar”a bölünərək ikitərəfli oyun keçirib.
Qeyd edək ki, “Qarabağ” - “Kəpəz” oyunu sabah baş tutacaq. Rauf Cabbarovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq.

0
0