“Kəpəz”in qapıçı problemi həll olundu
06.12.2012 - 11:06
“Kəpəz”in qapıçı problemi həll olundu
“Kəpəz”in qapı xəttində problemi aradan qalxıb. Apasport.az saytının məlumatına görə, zədəsini sağaldan Xəyal Zeynalov artıq komanda yoldaşlarına qoşularaq onlarla birgə məşqlərə başlayıb.

Qeyd edək ki, “Xəzər Lənkəran”a qarşı oyunda sıradan çıxan qapıçı bir müddət müalicə olunub. Zeynalov ötən həftədən fərdi şəkildə məşqlərə start versə də, yalnız indi ümumi halda hazırlıq prosesinə cəlb olunub.