“Neftçi”nin rəqibi meydana çıxmaqdan imtina edir
06.12.2012 - 11:17
“Neftçi”nin rəqibi meydana çıxmaqdan imtina edir
Avropa Liqasının qrup mərhələsində Bakının “Neftçi” klubunun rəqiblərindən olan Serbiyanın “Partizan” klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, H qrupunun sonuncusu olmamaq üçün Azərbaycan çempionu ilə mübarizə aparan Belqrad təmsilçisinin futbolçuları son turun matçına çıxmaq istəmir.

Serbiyalılar bu gün “Rubin”lə ev oyununu maaşlarını ala bilmədikləri üçün boykot etməyə qərar verib. Rəhbərliklə oyunçular arasında fövqəladə görüş də keçirilib. Rusiyalılar üzərində qələbə üçün futbolçulara mükafat da vəd olunub, borcların ilin sonuna kimi ödənəcəyi də. Lakin oyunçular bu vədlə bağlı təminat tələb edir. Bu təminatın olmayacağı halda onlar meydana çıxmayacaq.

Qeyd edək ki, “Rubin” üzərində qələbə üçün hər oyunçuya 1500 avro mükafat veriləcək.