“Bakı”da 4 itki
06.12.2012 - 11:45
“Bakı” artıq cənub şəhərindədir. Apasport.az saytının xəbərinə görə, dünən səhər saatlarında Lənkərana yola düşən komanda bu şəhərdə məskunlaşmaqla bərabər oyun öncəsi məşqini də keçirməyə imkan tapıb.
Komandanın heyətində çatışmazlıqlar da var. Belə ki, zədəli futbolçular - Uinston Parks, Rəhman Hacıyev, Georgi Popxadze məşq prosesindən kənar qalıb. Son günlər hərarəti yüksələn gənc futbolçu Namiq Ələsgərov da Lənkərana gedənlər sırasında deyil.
Qeyd edək ki, VI turun təxirə salınmış “Xəzər lənkəran” – “Bakı” qarşılaşması bu gün Lənkəranda baş tutacaq. Oyunun start fiti saat 16:00-da səslənəcək.

0
0