“Rüfət Dadaşov texnikalı hücumçu olsa da, bir az ləngdir“
06.12.2012 - 12:24
“Rüfət Dadaşov texnikalı hücumçu olsa da, bir az ləngdir“
“Milli komandamızın Bakıdakı toplanışı yaxşı keçdi. Artıq son məşq olub və yekun qərarı baş məşqçi Berti Foqts verəcək”. Bu fikirləri apasport.az saytının Milana ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov deyib.

O, millimizin bu həftə Bakıda seleksiya xarakteri daşıyan təlim-məşq toplanışından razılığını ifadə edib: “Əlbəttə, yaxşı gənc futbolçularımız var. Onlar perspektivli oyunçulardır və milliyə kömək edə bilərlər. Bunu gələcəkdə özünüz də görəcəksiniz”.

Süleymanovdan Almaniyanın “Kayzerslautern II” komandasından gənc həmkarı Rüfət Dadaşova da qiymət verməyini istədik: “O, pis təsir bağışlamadı. Ancaq boyunun hündür, texnikalı olmağına baxmayaraq, bir az ləngdir. Ümümilikdə, pis hücumçu deyil”.

Qeyd edək ki, 1,95 metr boya malik 21 yaşlı Dadaşov ilk dəfə millimizə çağırılıb.

Mehman SÜLEYMANOV
MİLAN