Nə Kamran Ağayevlə maraqlanan var, nə də Ruslan Abışovla
06.12.2012 - 12:44
Nə Kamran Ağayevlə maraqlanan var, nə də Ruslan Abışovla
“Hələlik Kamran Ağayevlə bağlı bizə müraciət edən olmayıb”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev deyib.

Milli komandanın da qapıçısı olan Ağayev hazırda heç bir klubda oynamasa da, müqavilə ilə may ayınadək “Xəzər Lənkəran”a məxsusdur. Ancaq Mustafayevin sözlərinə görə, futbolçunun transferi üçün kluba heç bir müraciət daxil olmayıb.

Mustafayev eyni sözləri komandanın müdafiəçisi Ruslan Abışov haqda da dedi. “Rubin”in bu futbolçu ilə maraqlandığı bilinsə də, hələlik Tatarıstan klubundan “Xəzər Lənkəran”a rəsmi təklif gəlməyib.