Sançes Kataloniya klubunu tərk etmir
13.12.2012 - 04:58
"Barselona"nın forvardı Aleksis Sançesin qışda komandasından gedəcəyi ilə bağlı söz-söhbətlərə son qoyulub. Apasport.az saytının məlumatına görə, adı “Mançester Siti” və “Liverpul”da hallanan çilili futbolçunun meneceri Fernando Feliçeviç, bu məsələ ilə bağlı İspaniya mətbuatına açıqlama verib.
O, jurnalistlərin suallarını cavablandırarkən, Sançezin Katalon klubundan ayrılmaq istəmədiyini bildirib:
“Aleksis uzun müddət futboldan uzaq qaldı. O, zədədən çox əziyyət çəkib. Hazırda Sançes meydana qayıdıb və oynamağa başlayıb. Onun “Barselona”dan ayrılmaq üçün heç bir səbəbi yoxdur. Çünki o, dünyanın ən yaxşı komandasında top qovur. İndiki halda onun Premyer Liqa klublarına getmək niyyəti yoxdur”.
Qeyd edək ki, bu mövsüm cəmi 4 oyuna çıxan Sançes ümumilikdə 518 dəqiqə meydanda olub.

0
0