Ziko da Messiyə qarşı
13.12.2012 - 09:33
Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin 1 ildə 86 qol vurmaqla dünya rekordu müəyyənləşdirməsi ilə razılaşmayanların siyahısına “Flamenqo” klubu da qoşulub. Apasport.az saytının məlumatına görə, Braziliya təmsilçisi “Ağ Pele” kimi tanınan Zikonun daha çox qol vurduğunu iddia edir. Belə ki, 1979-cu ildə braziliyalı ulduz 89 qol vurub. Bunların 81-i klubda, 7-si Braziliya, 1-i isə dünya yığmasında qeydə alınıb. Bütün qolların videoyazısı bu günlərdə FİFA-ya təqdim olunacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Afrikada da oxşar iddia yaranmışdı. Zambiya millisinin futbolçusu Çitalunun da Messidən daha çox qol vurduğu bildirilirdi.
Qeyd edək ki, bir neçə gün əvvəl Afrikada da oxşar iddia yaranmışdı. Zambiya millisinin futbolçusu Çitalunun da Messidən daha çox qol vurduğu bildirilirdi.
0
0