“Turan”da oynadı, 13-cü oldu
13.12.2012 - 11:09
Ukrayna futbolunun ən məhsuldar legionerlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif ölkələrdə 50 və daha çox qol vuran ukraynalıların cədvəlinə məşhur Andrey Şevçenko başçılıq edir. O, İtaliya və İngiltərədə oynadığı vaxtda 155 qol vurub.
21 nəfərlik siyahıda Azərbaycanda oynamış futbolçu da yer alıb. Bu, vaxtilə “Turan”ın şərəfini qorumuş Sergey Skaçenkodur. Rusiya, Fransa, İsveçrə, Cənubi Koreya və Yaponiyada oynamış hücumçunun hesabında 72 qol var. Bu göstərici ilə 13-cü yerə şərik olan forvard bunların 54-nü çempionat, 18-ni kubokda vurub. Skaçenko 2004/05 mövsümündə çıxış etdiyi “Turan”da 20 çempionat matçında 4 qol vurub.
Qeyd edək ki, Azərbaycan çempionatında ən çox qol vuran ukraynalı futbolçu Viktor Kulikovdur. O, təkcə çempionatda 35 dəfə fərqlənib.

0
0