“Bakı” Türkiyədə “Rixos”da qalacaq
13.12.2012 - 11:27
“Bakı” Türkiyədə “Rixos”da qalacaq
“Türkiyə toplanışımızın müddəti artıq müəyyənləşib”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti və baş meneceri Zeynal Məmmədov deyib.

Məmmədov 15 günlük toplanış keçirəcəklərini söylədi: “Komandamız yanvarın 15-dən 30-dək Antalyada təlim-məşq toplanışında olacaq. Orda 3-4 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Antalyada olduğumuz müddətdə “Rixos Premium” otelində qalacağıq”.

Səbuhi TOFİQOĞLU