“MDB çempionatının baş tutacağını düşünürəm”
13.12.2012 - 11:44
“Odessa “Çernomorets”indən başqa Azərbaycanın “Neftçi”, Belarusun BATE və Moldovanın “Şerif” klubları da MDB çempionatında oynamağa hazır olduğunu bildirib. Ermənistan Futbol Federasiyası da razılığını bildirsə də bu ölkə ilə Azərbaycan təmsilçisinin necə qarşılaşacağını təsəvvür etmək çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peterburq televiziyasının direktor müavini İqor İqnatyev deyib.
O, müzakirə olunan MDB çempionatı haqqında fikirlərini bildirib.
İqnatyev maliyyə gəkirinə ümid edən klubların teleyayımdan qazanmasının o qədər də real olmadığını düşünür: “Ukrayna televiziyasının maliyyə gücü haqda nə isə deyə bilmərəm. Lakin bunu bilirəm ki, yalnız Rusiya və Ukraynada nə isə real var. Digər ölkələrdə isə telekanallara dövlət dəstəyi var. Ukrayna kanallarının beynəlxalq oyunların yayım hüququnu alması göstərir ki, onların maddi durumları pis deyil. MDB çempionatı zamanı oyunları yayımlamaq isə hər 2 ölkə üçün sərfəli olacaq. Çünki oyunlar zamanı gedən reklama tək bu ölkələrdə deyil, bütün MDB-də baxmaq imkanı olacaq. Ümumilikdə də MDB çempionatının baş tutacağını düşünürəm”.

0
0