Zeynal Məmmədov: Mantsios komandadan qaçıbsa, özünə pis edib
13.12.2012 - 12:16
“Hələ ki, komandadan gedəcəkləri dəqiqləşənlər Vangelis Mantsiosla Leandro Beserradır”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti və baş meneceri Zeynal Məmmədov deyib.
Noyabrın 7-də “Bakı”da ciddi islahatlar oldu. Klubda keçirilən toplantının nəticəsi olaraq kapitan Cəmşid Məhərrəmov, argentinalı yarımmüdafiəçi Leandro Beserra və yunanıstanlı hücumçu Vangelis Mantsios əvəzedici komandaya göndərildi. Lakin Cəmşidin noyabrın 17-də “Xəzər Lənkəran”la oyundakı (1:1) çıxışını nəzərə almasaq, futbolçular ikinci komandada oynamaq istəmədi.
Mantsiosun artıq kluba xəbər vermədən ölkəsinə qaçdığı deyilir. Yunanıstan mətbuatının iddiasına görə, o, yerli klublarla danışıqlar aparır.
Məmmədov bu məsələyə və hər üç futbolçunun “Bakı”dakı taleyinə belə aydınlıq gətirdi: “Mantsios komandadan qaçıbsa, kimə pis edib ki, nə edibsə, özünə edib. O və Beserra ilə müqavilə qarşılıqlı şəkildə pozulacaq. Ancaq Cəmşidin məsələsi hələ bilinmir. Buna və komandadan gedəcək digər futbolçuların kimliyinə növbəti 2 turdan sonra aydınlıq gələcək”.
Səbuhi TOFİQOĞLU

0
0