“Xəbəriniz yoxdur ki, “Neftçi” hələ də yaşayır”
13.12.2012 - 16:23
MDB ölkələrinin ən güclü klublarının iştirakı ilə vahid futbol çempionatının keçirilməsi Rusiyanın radio dalğalarında da müzakirəyə çıxarılıb. Apasport.az saytının məlumatına görə, məşhur “NTV+” televiziya şirkətinin idman kanalının rəhbəri Sergey Çukovski ilə tanınmış jurnalist Georgi Bovt yarışın nə dərəcədə maraqlı olacağını müzakirə ediblər.
Dinləyicilərin də qoşulduğu söhbət əsnasında Azərbaycan çempionu “Neftçi”nin yarışa qatılmasından da bəhs olunub.
Paytaxt təmsilçisinin Rusiya futbolsevərləri üçün maraqsız komanda olduğunu iddia edən dinləyicilərdən biri cavabını alıb. Belə ki, Bovt “Neftçi”nin müdafiəsinə qalxıb.
Komandamızın Avropa Liqasının qrupda oynamasından xəbərdar olan aparıcı “ağ-qaralar”a da MDB çempionatında yerinin olduğunu sübut edib: “Sizin xəbəriniz yoxdur ki, “Neftçi” hələ də yaşayır. Rusiyada “Neftçi” diasporu 2 milyon nəfərdir. Özü də təkcə “Neftçi”nin yox, həm də Moldova “Şerif”inin”.

0
0