“Çelsi” də finala çıxdı
13.12.2012 - 17:09
Yaponiyada keçirilən klublararası dünya çempionatında daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Çelsi” və Meksikanın “Monterrey” klubları arasında qarşılaşma ilə yarımfinala yekun vurulub.
Rəqibini 3:1 hesabı ilə məğlub edən London təmsilçisi finala yüksəlib. Avropanın ən güclü klubunun qollarını ispaniyalılar Xuan Mata, Fernando Torres və avtoqola üzülən meksikalı Darvin Çaves vurub. Şimali amerikalıların təsəlli qolu Aldo de Niqrisdən gəlib.
Bununla, dekabrın 16-da baş tutacaq həlledici qarşılaşmaların iştirakçıları müəyyənləşib. III yer uğrunda matçda “Monterrey”lə Misirin “Əl Əhli”, I yer uğrunda qarşılaşmada isə “Çelsi” ilə Braziliyanın “Korintians” klubu ilə üz-üzə gələcək.

0
0