“MDB çempionatının qapıları hamı üçün açıqdır”
13.12.2012 - 17:17
“Hələlik MDB çempionatı ilə bağlı layihənin yaranmasının ilkin mərhələsindəyik. Konkret suallara da təşəbbüs qrupunun bir yerə yığışıb, əsas prinsipləri müzakirə edəndən sonra cavab vermək mümkündür. Çox çətin məsələdir, lakin həll olunasıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Zenit” klubunun prezidenti Aleksandr Dyukov deyib.
MDB çempionatının yaradılması ilə bağlı təşəbbüs qrupunun keçirdiyi mətbuat konfransına qatılan klub rəhbəri planlar haqda danışıb: “Hələlik çempionatla bağlı yalnız təşəbbüs qrupu yaradılıb ki, bu da qeyri-formal xarakter daşıyır. Yeni ildən sonra o daha real cizgilər alacaq.
Burda iştirak edən klublar təşkilat komitəsinə da daxil olacaq. Qapılar hamı üçün açıqdır. Bizim üçün hamının, azarkeşlərin də fikri maraqlıdır. Şübhəsiz ki, bizim klubların azarkeşləri üçün indikindən güclü çempionatda oynamağımız daha maraqlı olacaq. Hələlik yalnız ideya var. Onu hazırlayıb ictimaiyyətə təqdim etməliyik. UEFA da fikrini dəyişəcək. Çünki indi Avropada 4 çempionat və 10 klub var ki, qitə kubokları uğrunda onlara mübarizə aparır. Çempionlar Liqasında qələbəyə iddialı klubların yeni çempionat hesabına artmasında isə UEFA-nın özü də maraqlıdır”.

0
0