Sergey Pryadkin: MDB çempionatı ilə bağlı Təşkilat Komitəsi yaratdıq
13.12.2012 - 18:08
MDB çempionatının Təşkilat Komitəsi yaradılıb. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Peşəkar Futbol Liqası (RPFL) prezidenti Sergey Pryadkin açıqlayıb.
O, postsovet məkanı ölkələrinin klublarının vahid çempionatda birləşməsinə həsr olunan mətbuat konfransında çıxış edib. Pryadkin ideyanın gerçəyə çevrilməsi yolunda hərəkətə keçdiklərini bildirib: “1992-ci ildən MDB klublarının vahid yarışı ilə bağlı müxtəlif ideyalar müzakirə olunub. Bu gün isə yarışın konsepsiyası ilə məşğul olacaq Təşkilat Komitəsinin yarılmasını elan edirik. Lakin hələ hansı istiqamətdə işə başlayacağımızı deyə bilmərik”.
Qeyd edək ki, RPFL ilə yanaşı Rusiyanın “Zenit”, MOİK və “Anji” klubları da təşəbbüs qrupunun mətbuat konfransında iştirak ediblər.

0
0