“Kəpəz” “İnter”lə oyuna ciddi hazırlaşır
13.12.2012 - 20:54
Topaz Premyer Liqasının sonuncu pilləsində qərarlaşan “Kəpəz” XVII turda “İnter”lə qarşılaşmadan öncə bu gün növbəti məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, öz meydanında Gəncə klubu hazırlıq prosesinə saat 12:00-da start verib.
Narın yağış altında keçən məşq həmişəki kimi isinmə hərəkətləri ilə başlayıb. Sonradan baş məşqçi Mahmud Qurbanovun tapşırığına əsasən futbolçular ötürmələr üzərində işləyib. Çalışmalara xüsusi proqram əsasında keçirilən ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Kəpəz” – “İnter” matçı dekabrın 15-də keçiriləcək. Qarşılaşma saat 14:00-da başlayacaq.

0
0