Sadıq Sadıqova Türkiyədə mükafat veriləcək
13.12.2012 - 21:37
Sadıq Sadıqova Türkiyədə mükafat veriləcək
Avropa Liqasında Azərbaycanın yeganə təmsilçisi “Neftçi”nin prezidenti Sadıq Sadıqova Türkiyədə mükafat təqdim ediləcək. Apasport.az saytının məlumatına görə, komanda rəhbəri hər il Avropada bir klub prezidentinə verilən “Beynəlxalq Yüksək Xidmət” mükafatına layiq görülüb.

Təşkilatçılar bu mükafatı Sadıq Sadıqova Azərbaycan futbolundakı xidmətləri və ilk dəfə olaraq bir Azərbaycan klubunun Avropa Liqasına vəsiqə qazanması səbəbindən verəcək.

Qeyd edək ki, adı çəkilən mükafat Sadıq Sadıqova dekabr ayının 17-də Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Beynəlxalq İdman Adamlarının Mükafatlandırma” mərasimində veriləcək.