“Turan”da daha bir nəfər vəzifəsindən azad edildi
13.12.2012 - 22:38
“Turan”da daha bir nəfər vəzifəsindən azad edildi
Tovuz təmsilçisi “Turan”da yeni dəyişiklik baş verib. Apasport.az saytının klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevdən aldığı məlumata görə, komandanın vitse-prezidenti Namiq Məstanov daha bir nəfərin işinə son verib.

Belə ki, icraçı direktor Rasim Əliyev və baş menecer Tural İsaqovun ardından, daha bir rəhbər şəxs vəzifəsindən azad olunub. Bu Tovuz şəhər stadionunun direktoru Samir Səlimovdur. Artıq Məstanov stadiona yeni rəhbər də təyin edib. Bundan sonra qərb təmsilçisinin stadionuna Mahir Namazov rəhbərlik edəcək.