“Trabzonspor”dan çətin qələbə
14.12.2012 - 01:17
“Trabzonspor”dan çətin qələbə
Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bir görüşdən ibarət bu mərhələnin sonuncu matç günündə 1 qarşılaşma baş tutub.

Superliqada uğursuz çıxış edən “Trabzonspor” səfərdə “Kasımpaşa”nın qonağı olub. Buraxdığı erkən qolla hesabda geri düşən Qara dəniz təmsilçisi fasiləyə üzgün yollanıb. İkinci yarıda hücumlarının kəsərini bir qədər artıran Şenol Günəşin yetirmələri istəyinə 88-ci dəqiqədə nail olub. Qarşılaşmanın əsas vaxtı bu hesabla başa çatıb. Oyuna əlavə edilən 30 dəqiqədə isə tərəflər fərqlənə bilmədiyindən, qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burda isə “Trabzonspor” daha dəqiq oynayaraq, növbəti mərhələyə adlayıb – 2:4.


Türkiyə Kuboku

1/8 final

11 dekabr

“Altay” – “Bursaspor” – 0:2
A. N´Diaye, 81, P.M. Batalla, 90

“Qaziantepspor” – “Sivasspor” – 0:1
Pedriyel, 101

“Əskişəhərspor” – “Karabükspor” – 5:1
E.Zəngin, 3, 50, B.Əsər, 13, 53, N.Ateş, 45 – F.Cernat, 78

“Qalatasaray” – “1461 Trabzon” – 1:2
E.Çolak, 77 – S.Kaya, 31-pen, E.Kokoc, 70

12 dekabr

“Gənclrbirliyi” – “Mersin İdmanyurdu” 2:3
Likiç, 71, Akcakin, 90 - Bueno, 64, Xuliyo, 75, Keles, 89

“Antalyaspor” – “Beşiktaş” 2:1
Duruer, 20, Şişmanoğlu, 22 – Holosko, 29

“Fənərbaxça” – “Göztəpə” 4:0
Öztürk, 16; 47, Krasiç, 54, Niyaz, 88

13 dekabr

“Kasımpaşa” – “Trabzonspor” 1:1 (2:4)
Hurmacı, 7 – Miyerzevski, 88