Bakıda gimnastikanın üç növü üzrə ilk dəfə turnir keçirləcək
14.12.2012 - 01:32
Azərbaycan Gimnastika Federasiyası (AGF) dekabrın 22-23-də ilk dəfə üç növ - idman gimnastikası, akrobatika və tamblinq üzrə yarış keçirəcək. Apasport.az saytının məlumatına görə, ilə yekun vuracaq turnirdə rekord sayda, yəni 117 gimnast iştirak edəcək.
İdmançılar paytaxtın beş idman cəmiyyəti (Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonunun İdman Məktəbi, "Neftçi" və "Təhsil" cəmiyyətləri), həmçinin Sumqayıt və Balakəni təmsil edəcəklər.
Yarışın ilk günündə təsnifat çıxışları (akrobatlar və tullananlar), ikinci günü - onların çoxnövçülük üzrə final yarışı olacaq. Çempion gimnastlar hər iki yarış günündə elan ediləcək.
Qeyd edək ki, yarışlar ilk dəfə Hövsan qəsəbəsində keçiriləcək.

0
0