ABŞ-n ən yaxşı futbolçusu Dempsi seçildi
14.12.2012 - 01:57
ABŞ-n ən yaxşı futbolçusu Dempsi seçildi
London “Tottenhem”nin yarımmüdafiəçisi ABŞ-ın ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, bu 29 yaşlı Klint Dempsidir. 187 sm boya malik olan futbolçu, karyerasında 3-cü və ardıcıl 2-ci dəfə bu mükafata layiq görülüb.

Yerli KİV nümayəndələrinin keçirdiyi sorğu nəticəsində Dempsi, bütün rəqiblərini qabaqlayaraq 352 səs toplayıb. İkinci yerdə “Roma”nın yarımmüdafiəçisi Maykl Bredlidir. O, jurnalistlərin yalnız 248 səsini qazana bilib. “Everton”nun qolkiperi Tim Hovard isə 169 səslə 3-cü yerə sahib olub.

Qeyd edək ki, 2004-ci ildən ABŞ milli komandasında forma geyinən Dempsi 91 matçda meydana çıxıb və rəqib qapılarına 30 qol vurub.