“San-Siro”da rüsvayçılıq
14.12.2012 - 02:20
“San-Siro”da rüsvayçılıq
İtaliya kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, üçüncü matç günündə yalnız qarşılaşma reallaşıb.

"Milan" “San-Siro” stadionunda "Recina"nı qəbul edib. İlk hissədə rəqibin müqaviməti ilə üzləşən meydan sahibləri, ikinci yarıda qonaqları darmadağın edib.

Beləliklə, "Recina"nı 3:0 hesabı ilə məğlub edən milanlılar növbəti mərhələyə keçib.

Qeyd edək ki, İtaliya kubokunun 1/8 final mərhələsinin oyunlarına dekabrın 19-da yekun vurulacaq.



İtaliya kubokunda

1/8 final

11 dekabr

"Roma" - "Atalanta"- 3:0
Pyaniç, 22, Osvaldo, 31, Destro, 51

12 dekabr

"Parma" - "Kataniya" 1:1 (pen 3:4)
D. Pabon, 12 - F. Lodi, 19-pen

"Yuventus" - Kalyari" 1:0
S.Covinko, 57

13 dekabr

"Milan" - "Recina" 3:0
Yepes, 51, Nianq, 79, Pazzini,81

18 dekabr

"İnter" – "Verona"

19 dekabr

"Latsio" - "Siena"
"Napoli" – "Boloniya"
"Udineze" – "Fiorentina"