Covinkonun ən sevdiyi rəqəm 12?
14.12.2012 - 04:02
Covinkonun ən sevdiyi rəqəm 12?
İtaliya kubokunun 1/8 final mərhələsində maraqla hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, “Kalyari” ilə qarşılaşan “Yuventus”un futbolçusu Sebastian Covinko gecəyə 12.12.12 damğasını vurub.

Belə ki, gənc futbolçu dekabrın 12-də baş tutan oyunda üç 12-ni yan-yana gətirərək, bütün diqqətləri özündə cəmləşdirib. Meydana 12 nömrəli formada çıxan İtaliya milli komandasının hücumçusu, ikinci hissənin 12-ci dəqiqəsində rəqibi cəzalandırıb. Həmçinin Covinkonun vurduğu bu top, onun “Qoca Sinyora”da 12-ci qolu olub.

Qeyd edək ki, “Yuventus” Sebastian Covinkonun vurduğu yeganə qolla 1/4 final mərhələsinə keçib. Burda isə Turin təmsilçisinin rəqibi “Milan” olub.